Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - YENİLƏNİB

12:10 - 29 / 01 / 2018
Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - YENİLƏNİB

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

1news.az  news.am-a istinadla xəbər verir ki, hadisə yanvarın 28-də saat 16.25-də döyüş mövqeyində baş verib.

Məlumata görə, əsgər Ovsep Qriqoryan digər hərbi qulluqçunun silahla ehtiyatsız davranması nəticəsində açdığı atəş nəticəsində ölüb.

Cinayət işi başlanıb və hadisəni törədən əsgər tutulub.

1news.az 

11:24

Dağlıq Qarabağda erməni əsgər ölüb.

1news.az  news.am-a istinadla xəbər verir ki, işğal altında olan Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Ovsep Qriqoryan  silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1news.az 

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər