Trampa “Arsenal”ın baş məşqçi postu təklif edilib | 1news.az | Xəbərlər
Dünya

Trampa “Arsenal”ın baş məşqçi postu təklif edilib

11:59 - 29 / 01 / 2018
Trampa “Arsenal”ın baş məşqçi postu təklif edilib

Londonun “Arsenal” klubunun azarkeşi olan britaniyalı jurnalist və teleaparıcı Pyers Morqan ABŞ prezidenti Donald Trampa komandanın onun adına olan 45 nömrəli formasını hədiyyə verib və Amerika liderinə London komandasının baş məşqçisi olmağı təklif edib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Morqan öz “Twitter” səhifəsində yazıb.

“Prezidentə “Arsenal”ın yeni baş məşqçisi postuna dəvət etdim. Çünki o möhkəm müdafiə divarı qurur, hücum fəlsəfəsi var və nəyin bahasına olursa-olsun böyük mükafatlar qazanmaq istəyir”, - deyə jurnalistin məlumatında bildirilir.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər