Dünyanın ən yaşlı kişisi öldü | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən yaşlı kişisi öldü

15:45 - 30 / 01 / 2018
Dünyanın ən yaşlı kişisi öldü

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib.

1news.az  xəbər verir ki, o, 1904-cü ilin dekabrında anadan olub.

F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.

Qeyd edək ki, ondan əvvəl dünyanın ən yaşlı kişisi 117 yaşında ötən ilin avqustunda İsraildə vəfat etmişdi.

İndi bu ada iki namizəd var: 1905-ci ilin iyulunda anadan olmuş yaponiyalı Masadzo Nonaka və həmin ilin oktyabrında doğulmuş almaniyalı Qustav Gernet.

1news.az  

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər