Mağaza əvvəlcə oğrular, sonra ora gələn polis tərəfindən soyuldu – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Mağaza əvvəlcə oğrular, sonra ora gələn polis tərəfindən soyuldu – VİDEO

16:39 - 30 / 01 / 2018
Mağaza əvvəlcə oğrular, sonra ora gələn polis tərəfindən soyuldu – VİDEO

Türkiyənin İstanbul şəhərində qəribə oğurluq hadisəsi baş verib. 

1news.az
-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən ay baş verib. 5 dəqiqə ərzində valyuta mübadilə məntəqəsini talan edən oğrular 3 milyon lirəlik pulu aparıb.

Maraqlı məqam odur ki, oğurluq barədə məlumat verən zərərçəkən ikinci dəfə polis tərəfindən soyulub. Bu hadisə obyekt sahibinin müşahidə kamerasına baxmasından sonra ortaya çıxıb.

25 min lirəlik pulu götürən polis saxlanıldıqdan sonra əməlini boynuna alıb. Bildirib ki, kredit borcuna görə bu əmələ əl atıb.

1news.az

Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər