Putindən ABŞ-a cavab: "İt hürər, karvan keçər" | 1news.az | Xəbərlər
Dünya

Putindən ABŞ-a cavab: "İt hürər, karvan keçər"

16:42 - 30 / 01 / 2018
Putindən ABŞ-a cavab: "İt hürər, karvan keçər"

Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib.

1news.az  APA-ya istinadla xəbər verir ki, bu gün səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir Putin ABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb:

"Mən bu sənədi, siyahını görməmişəm. Səhər həmkarlarım məlumat verdilər, lakin siyahıya baxmadım. Bu sənəd və siyahı barədə ümumilikdə demək istədiklərim var. Biz sizinlə birlikdə daha çox özümüz haqqında düşünməliyik. İqtisadiyyatımızı, kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Məhz onda hansısa siyahı formalaşdırmağın heç bir mənası olmayacaq. Hədələmək, qorxutmaq - bunların heç bir olmayacaq. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır. İt hürər, karvan keçər. O ki qaldı siyahıya, əslində, bizim hamımızı, yəni 146 milyonu hansısa siyahıya salıblar. Bunun niyə edildiyini anlamıram. Lakin sözsüz ki, bu, dostcasına olmayan aktdır.

Bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?"

Rusiya prezidenti bu siyahını gözlədiklərini də vurğulayıb: "Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq".

Putin adının sanksiya tətbiq olunması üçün hazırlanan siyahıya düşməməsinə də münasibət bildirib.

"Bu mənə ağır gəlir", - deyə Rusiya lideri bu barədə suala zarafatla cavab verib.

1news.az  

 

 

Paylaş:
910

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər