Yaponiya kafesində müştərilərə robot-barmen xidmət göstərir
Tokioda müştərilərə əsl robot-barmenin xidmət göstərdiyi ilk kafe açılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Henn-na-Cafe (yapon dilindən tərcümədə “qeyri-adi kafe”) adlanan kafedə Soyer adlı sənaye robotu müstəqil surətdə kofe hazırlayır və satır.
Sifariş vermək sadədir: bunun üçün kafedə qoyulmuş xüsusi terminalda içkini seçmək və müvafiq kodu çap etmək lazımdır. Burada bir fincan kofenin qiyməti orta hesabla 320 yendir (3 ABŞ dolları).
Soyer eyni vaxtda beş nəfərədək müştəriyə xidmət göstərə bilir. Robot-barmen hər müştəriyə təxminən dörd dəqiqə vaxt sərf edir.
1news.az
901