Ancelina Coli qızları ilə qaçqın düşərgəsində olub – FOTO
Hollivudun məşhur ulduzu Ancelian Coli İordaniyada məskunlaşan Suriyadan olan köçkünlərin olduğu düşərgəyə baş çəkib.
O, özü ilə qızları - 11 yaşlı Şila və 13 yaşlı Zaharanı da götürüb.
BMT-nin xoşməramlı səfiri olan Coli bildirib ki, qızları düşərgəyə özləri gəlmək istəyib:
“Qızlarım evlərindən məcburi ayrılan, yaxınlarını itirən ailələrin uşaqları ilə çox zaman keçirdilər. Müharibədən qaçan uşaqlar mənəvi zərbə və xəstəliklərlə mübarizə aparsalar da, nəticə etibarilə onların hamısı uşaqdır. Dünyadakı bütün uşaqları eyni ümid və haqları bölüşür”.
S.Xankişiyeva
964