Azərbaycanın və Türkmənistanın xarici işlər nazirlərinin görüşü olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Türkmənistanın xarici işlər nazirlərinin görüşü olub

18:43 - 31 / 01 / 2018
Azərbaycanın və Türkmənistanın xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bugünkü səviyyəsini təqdir edərək sözügedən əlaqələrin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamənin imzalanması ilə əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunu bildiriblər.

Azərbaycanın və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Səfərdə nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olmasının və Türkmənistanın Dəmir yol nazirliyi, Dövlət dəniz və çay nəqliyyatı xidməti və Nebit qaz təşkilatı ilə keçirilən sahəvi görüşlərin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı baxımdan əhəmiyyəti vurğulanıb.

Elmar Məmmədyarov Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə region ölkələri, o cümlədən Türkmənistan üçün nəqliyyat sahəsində yeni imkanların açıldığını diqqətə çatdırıb. Həmçinin Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində ikitərəfli (idxal-ixrac) və tranzit yük daşımaları, eləcə də dəmir yolu, dəniz və avtomobil daşımaları vasitələri ilə inkişafın əldə olunması üçün müvafiq işlərin görülməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi, humanitar, turizm və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, bu sahədə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan-Türkmənistan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın inkişafından və bu formatda regional əməkdaşlığı təşviq edən birgə layihələrin icrasından məmnunluq ifadə edilib. Bu xüsusda, 2017-ci il iyulun 18-19-da Bakıda keçirilmiş üçtərəfli görüşdə müzakirə olunan və Bakı bəyannaməsində təsbit olunan birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
642

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər