8 aylıq körpəyə əmisi oğlu təcavüz etdi
Hindistanın paytaxtı Dehlidə 8 aylıq körpə əmisi oğlu tərəfindən təcavüzə məruz qalıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ölkədə hiddətlə qarşılanıb.
Polis körpəyə təcavüz edən 28 yaşlı gəncin həbs olunduğunu açıqlayıb.
Körpəni xəstəxanada ziyarət edən Dehli Qadınlar Komissiyasının rəhbəri Suati Maliual onun yaralarının ağır olduğunu bildirib. O deyib ki, körpənin əməliyyatı üç saat davam edib, daxili orqanları ciddi xəsarət alıb. Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Hindistanda qız uşaqlarına təcavüz edilməsi halları artıb. 2015-ci ildə ölkədə 10 854 qız uşağı təcavüzə məruz qalıbsa, 2016-ci ildə bu rəqəm 19 min 765 olub.
1news.az
636