Sarkisyan yekun qərar üzərində düşünür | 1news.az | Xəbərlər
Dünya

Sarkisyan yekun qərar üzərində düşünür

12:22 - 31 / 01 / 2018
Sarkisyan yekun qərar üzərində düşünür

Ermənistanın hakim Respublika Partiyasının prezidentliyə namizədi, Böyük Britaniyadakı səfiri Armen Sarkisyan təkliflə bağlı hələlik yekun qərar qəbul etmədiyini deyib.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, A.Sarkisyan  bu, təklifin gözlənilən olduğunu vurğulayıb. O bildirib ki, uzun illər hər seçki zamanı, baş nazir təyinatında insanlar onun adını çəkirdilər:

“Mən buna çox sakit yanaşıram. Respublikaçı Partiyasına namizədliyimi irəli sürdüyü üçün minnətdaram, çünki bu, yalnız Respublika partiyasının prezident olmaq təklifi deyil, həm də partiyaya rəhbərlikdir. Mənə düşünmək və yekun qərar qəbul etmək üçün vaxt lazımdır”.

P.Sultanova

 

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər