Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

19:36 - 01 / 02 / 2018
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

Müdafiə Nazirliyi tərəfindən “Gizir hazırlığı kursu”na qəbul elan edilib.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar fevral ayının 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Daha ətraflı burada tanış ola bilərsiniz.

1news.az

Paylaş:
3865

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər