Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib

19:52 - 01 / 02 / 2018
Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib

Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfəri başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Fevralın 2-dək davam edəcək səfər zamanı N. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində o, Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyini də ziyarət edəcək.

1news.az

Paylaş:
605

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər