SAM-ın yeni məqalələr toplusu nəşr edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın yeni məqalələr toplusu nəşr edilib – FOTO

10:23 - 01 / 02 / 2018
SAM-ın yeni məqalələr toplusu nəşr edilib – FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə “Müharibə və sülh arasında: Dağlıq Qarabağ nümunəsi” adlı məqalələr toplusu nəşr edilib.

1news.az-ın SAM-a istinadla verdiyi xəbərə görə, kitabda beynəlxalq ekspertlər, eləcə də SAM-ın əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 2011-2017-ci illərdə müxtəlif elmi jurnallarda, habelə elektron mediada ilk olaraq nəşr edilmiş 24 məqalə və şərh toplanıb.

Bu məqalələr münaqişənin hüquqi və təhlükəsizlik aspektlərini, ötən dövr ərzində həyata keçirilmiş müxtəlif vasitəçilik səylərini, qlobal və regional güclərin münaqişənin həlli istiqamətindəki rolunu, bu münaqişəyə münasibətdə tarixi, mədəni, gender və identiklik baxımından yanaşmaları və s. məsələləri əhatə edir.

Kitab beynəlxalq münasibətlər, konfliktologiya və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən əldə edilə bilər.

Kitabda aşağıda qeyd edilmiş müəlliflərin məqalələri əksini tapıb:

Lorens Broyers

Dondurulmuş münaqişədən davamlı rəqabətə: Dağlıq Qarabağ münaqişəsinin yenidən qiymətləndirilməsi

Gülşən Paşayeva

Dağlıq Qarabağ sülh prosesində qeyri-rəsmi diplomatiya təşəbbüslərinin qiymətləndirilməsi

Svante Kornel

Ermənistan-Azərbaycan münaqişəsi və Avropa təhlükəsizliyi

Fərhad Məmmədov

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazdakı sülh və əməkdaşlığa qarşı əsas təhlükə kimi qiymətləndirilməsi

Zaur Şiriyev

Dördgünlük  müharibə: Dağlıq Qarabağ münaqişəsində paradiqmaların dəyişməsi

İlqar Qurbanov

Ermənistan və Azərbaycan arasında zorakılıq artacaqmı?

Ceyms Şerr

Dağlıq Qarabağ: köhnə və yeni geosiyasət arasında

Tomas Ambrosio

Dağlıq Qarabağ münaqişəsi həllini tapırmı? Obama administrasiyası dövründə həyata keçirilən sülh quruculuğu səylərinin qiymətləndirilməsi

Stefen Blank

Amerika siyasəti, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi

Kamer Qasım

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Amerika siyasəti və onun münaqişənin həllinə təsirləri

Gülşən Paşayeva və Nigar Göksəl

Dağlıq Qarabağ münaqişəsinə dair Türkiyə,Rusiya və ABŞ yanaşmalarındakı qarşılıqlı əlaqə

Cohanna Popjanevski

Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi

Kamal Makili-Əliyev

Müqayisəli Beynəlxalq humanitar hüquq:Suriya və Dağlıq Qarabağ münaqişəsindəki vəhşiliklər

Zara Popova,İnqa Merken,Lavinia Badulesku

Mədəniyyətlərarası mövcudluq və əməkdaşlıq: “Schleswig-Holstein” modeli tətbiq edilə bilərmi?

Kəmalə İmranlı-Löv

Paris Sülh Konfransı və Qarabağa dair Erməni arqumentləri

Kəmalə İmranlı Lovi

Naxçıvan, 1919-cu ildəki Erməni arqumentləri və Müttəfiq güclər

Mehrəngiz Nəcəfzadə

Etnik münaqişə və məcburi köçkünlük: Dağlıq Qarabağ müharibəsinin Azərbaycanlı məcburi köçkün və qaçqın qadınlarının hekayələri

Şərhlər

Kamal Makili-Əliyev

Dağlıq Qarabağ münaqişəli ərazi deyil, işğal edilmiş bölgədir

Gülşən Paşayeva

Dağlıq Qarabağ münaqişəsinin həllindəki əsas maneə

Azad Qəribov

Ermənistanın Dağlıq Qarabağla bağlı sülh səylərindəki anlaşılmaz təxribatları

Nəcibə Mustafayeva

Ermənistan nə üçün Dağlıq Qarabağı tanımaq istəyir?

Gülşən Paşayeva

Dağlıq Qarabağda zorakılığın yenidən şiddətlənməsinin səbəb və nəticələri

Fuad Çıraqov

Michael Keymbekin "Qarabağ münaqişəsi ilə bağlı Böhran Qrupu"na cavab

İlqar Qurbanov

Qlobal enerji axınlarını təhdid edən dondurulmuş müharibə

S.Xankişiyeva

 

 

 

 

 

 

 

 

Paylaş:
1304

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər