Azərbaycanlı hakim məşhur stadionların maketini hazırlayır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı hakim məşhur stadionların maketini hazırlayır – FOTO – VİDEO

16:53 - 02 / 02 / 2018
Azərbaycanlı hakim məşhur stadionların maketini hazırlayır – FOTO – VİDEO

Azərbaycanlı sabiq hakim Zöhrab Əliyev maraqlı əl işi ilə öz istedadını ortaya qoyub.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Əliyev futbola aid maketlər hazırlamaqla məşğuldur.

O, daha çox məşhur klubların stadionlarının maketini hazırlayır.

Bu stadionlar arasında Madrid “Real”ın “Santyaqo Bernabeu”, “Mançester Yunayted”in “Old Traford”, “Yuventus”un “Alyants” və “Çelsi”nin “Stemford Bric” arenaları var. O, hazırda “Qalatasaray”a məxsus “TT Arena”nın hazırlanması üzərində iş aparır.

Bundan başqa, onun əl işləri arasında “Liverpul”, “Yuventus”, “Çelsi” və “Milan” klublarına məxsus avtobusların maketləri də var.

Əldə etdiyimiz məlumata görə, Zöhrab Əliyev bu maketlərin satışı ilə də məşğuldur. Məsələn, “Arsenal”ın “Emireyts”, “Roma”nın “Olimpiko” stadionlarının maketi 90, Dortmund “Borussia”sının “Siqnal İduna Park” arenasının maketi 85 manatadır. 

1news.az

Paylaş:
1460

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər