Çin uşaqlar üçün qulaq yetişdirir – FOTO | 1news.az | Xəbərlər
Dünya

Çin uşaqlar üçün qulaq yetişdirir – FOTO

12:14 - 02 / 02 / 2018
Çin uşaqlar üçün qulaq yetişdirir – FOTO

Çin təqdiqatçıları təcrübə nəticəsində 5 uşağa onların öz qığırdaq toxumalarından yetişdirilmiş qulaq köçürüb.

Bunun köməkliyilə uşaqlarda mikrotiya – anadangəlmə qulaq seyvanının çatışmazlığı problemi aradan qaldırılacaq.

Mikrotiya ilə doğulan uşaqlarda eşitmə problemi yaranır. Belə ki, qulaq seyvanı səsi tutaraq onun mənbəyini nizamlayır. Süni qulaq seyvanı üçün uşaqların qığırdaq toxumalarından və ya qabırğasından nümunə götürülür. Yetişdirilmə prosesi 12 həftə davam edir və bundan sonra əməliyyat vasitəsilə yetişməyən qulağın yerinə köçürülür.

Yeni müalicənin effektivliyinin yoxlanılması üçün 5 il müddətinə əməliyyat edilmiş uşaqlar həkim nəzarətində saxlanılacaq.

S.Xankişiyeva

Paylaş:
1453

Son xəbərlər

Bütün xəbərlər