Afrində 1 türk əsgər şəhid olub, 5-i yaralanıb

Suriyanın Afrin bölgəsində terroçuların açdığı atəş nəticəsində Türkiyənin bir əsgəri şəhid olub, 5-i yaralanıb.
1news.az-ın hürriyet-ə istinadla verdiyi xəbərə görə, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Terrorçuların atdığı raket bölgədə yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb.
Yaralanan əsgərlər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis Dövlət xəstəxasına yerləşdiriliblər.
S.Xankişiyeva
1038