Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib | 1news.az | Xəbərlər
Dünya

Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib

16:45 - 04 / 02 / 2018
Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib

Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yerli vaxtla saat 13.39 olan məlumata əsasən "Vnukovo" aeroportunda 5 aviareys təxirə salınıb, 4 aviareys ləğv edilib, "Domodedovo" aeroportunda 48 aviareys təxirə salınıb, 24 aviareys ləğv edilib, "Şeremetevo" aeroportunda 56 aviareys təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və digər vilayətlərdə güclü külək, sulu qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.

S.Xankişiyeva

 

Paylaş:
1007

Son xəbərlər

Bütün xəbərlər