Saakaşvili Ukrayna alternativ hökumətini elan edəcək | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Ukrayna alternativ hökumətini elan edəcək

18:53 - 04 / 02 / 2018
Saakaşvili Ukrayna alternativ hökumətini elan edəcək

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, M.Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.

M.Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur.

S.Xankişiyeva

 

Paylaş:
777

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər