ABŞ-da qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb – YENİLƏNİB

19:27 - 04 / 02 / 2018
ABŞ-da qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb – YENİLƏNİB

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşması nəticəsində xəsarət alanların sayı ən azı 70 nəfərə çatıb.

İnsidentlə bağlı araşdırmanın Nəqliyyatda Təhlükəsizliyik üzrə Milli Agentliyin aparacağı bildirilir.

19.14

 

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Hadisə nəticəsində iki nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, “Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edirdi. Qatarda 139 sərnişin və 8 heyət üzvü olub.

Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

S.Xankişiyeva

 

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər