Ramaldanov: Ermənistana verilən “Kornet” raketləri Azərbaycan Ordusunda 10 ildir var | 1news.az | Xəbərlər
Siyasət

Ramaldanov: Ermənistana verilən “Kornet” raketləri Azərbaycan Ordusunda 10 ildir var

18:35 - 05 / 02 / 2018
Ramaldanov: Ermənistana verilən “Kornet” raketləri Azərbaycan Ordusunda 10 ildir var

“Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz”.

1news.az-ın məlumatına görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan mətbuatının “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məlumatın özü də yeni deyil.

"Erməni tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır.

Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düçar edir və nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistan mətbuatı da yeri gəldi-gəlmədi buna bənzər xəbərlə çıxış edir.

Keçən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” TƏRK-ləri əgər Ermənistan ordusunun silahlanmasına indi daxil edilirsə, bu silah növü hələ 10 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində mövcud idi və ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan dəfələrlə istifadə olunub. Hətta onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün gücə malikdir. Bu baxımdan da Ermənistandakı “Kornet E” kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil.

Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun silahlanmasına külli miqdarda maliyyə vəsaiti ayrılır. Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti qorxu içərisində saxlayır. Düşmən tərəfi çox yaxşı anlayır ki, gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaqlar. Bu, nə qədər tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o qədər məqbul olar". - deyə Ş. Ramaldanov qeyd edib.

1news.az

Paylaş:
552

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər