Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib

09:15 - 05 / 02 / 2018
Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçiriblər.

1news.az-a səfirlikdən verilən məlumata görə,  səfər zamanı səfir Elin Süleymanovun  Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya yetişdirən biznes inkubatorların nümayəndələri ilə keçirilmiş görüşlərində Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların yaratdığı imkanlar, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın əsas sektorları və yüksək texnologiyaların daha da inkişafı məsələləri müzakirə edilib.

Bundan əlavə, E.Süleymanov Tafts Universiteti və Massaçusets Texnologiya İnstitutunda qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıb, bu qurumlarla ölkəmizin təhsil müəsssisələri arasında mümkün tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Səfər çərçivəsində həmçinin, Massaçusetsin Azərbaycanlı və yəhudi icması ilə görüşlər də keçirilib.

Bundan başqa, Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı Xarici Əlaqələr üzrə Boston Şurası və "WorldBoston"un birgə təşkilatçılığı ilə eksklüziv "Union Club"da konfrans keçirilib və həmin tədbirdə E.Süleymanov "Azərbaycan Avrasiyanın strateji kəsişməsində" mövzusunda çıxış edib. 150-dən çox biznes, akademik, yerli siyasi-ictimai dairələrin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan diplomatı ölkəmizin uğurla apardığı regional siyasət, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın böyük dəstəyi, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, ölkə daxilində aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı, habelə ölkəmizin 20% torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasının yaratdığı təhlükəsilzik problemləri və Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin hazırkı vəziyyətindən bəhs edib.

Massaçusets erməni diasporunun ən fəal olduğu ştatlardan biridir və onların nümayəndələri də konfransa gələrək digər iştirakçılarla yanaşı səfir Süleymanova suallar verib. Öz cavabında Azərbaycan diplomatı münaqişə nəticəsində Ermənistanın bütün iri regional layihələrindən kənarda qaldığı, müstəqil siyasət aparmaq qabiliyyətini itirdiyini xatırladıb, ABŞ-dakı erməni diasporunu öz  ideoloji çərçivələrindən daha geniş baxmağa, Ermənistanın gələcəyini və onun regionda yerini düşünməyi tövsiyyə edib.

P.Sultanova

Paylaş:
560

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər