O, fərqli gözəlliyə sahibdir - FOTO
Hindistanda yaşayan Harnaam Kaur adlı 23 yaşlı müəllimə internet fenomeninə çevrilib.
1news.az Axşam.az-a istinadən xəbər verir ki, 11 yaşından "polikistik over sendromu"na (kişi hormonun daha çox olması) tutulan və get-gedə tüklənən Harnaam əvvəlcə bundan əziyyət çəkib.
Məktəbdə, çöldə ətrafdakılar tərəfndən lağa qoyulan Kaur tüklərdən azad olmaq üçün bir müddət lazerdən istifadə edib.
Lakin bir az böyüdükdən sonra tüklərin ona mane olmadığını görən və başqalarına da "Mən olduğum kimi gözələm" mesajı da vermək istəyən gənc qadın artıq onlardan azad olmayıb.
Hazırda saqqallı olan Harnaam “Fərqli bir gözəlliyə sahibəm” deyir.
1news.az
804