12 yaşlı qızın mədəsindən 3 kiloqrama yaxın saqqız və saçdan ibarət sərt cisim çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

12 yaşlı qızın mədəsindən 3 kiloqrama yaxın saqqız və saçdan ibarət sərt cisim çıxarılıb

15:45 - 07 / 02 / 2018
12 yaşlı qızın mədəsindən 3 kiloqrama yaxın saqqız və saçdan ibarət sərt cisim çıxarılıb

Türkiyənin Konya şəhərində 12 yaşlı Neslihan Karakoçun mədəsindən 3 kiloqrama yaxın saqqız və saçdan ibarət sərt cisim çıxarılıb.

Neslihan 3 ildir ki, mədə ağrılarından əziyyət çəkirmiş. Lakin  son zamanlar mədəsindəki ağrılar gücləndiyindən həkimə müraciət etməli olurlar. Müayinədən sonra əməliyyat olunan qızın mədəsindən çəkisi 2 kiloqram 850 qram, 20 santimetr böyüklüyündə sərt cisim parçalanaraq çıxarılır.  

Həkimlə söhbət zamanı Neslihan 50-yə yaxın saqqızı udduğunu, həmçinin imtahanlara hazırlaşarkən stresdən saçlarını çeynədiyini bildirib.

Həkim qızın yaşında bütün məktəblilərə tövsiyyət edib ki, saç və saqqız mədədən həzm olunmyan cisimlərdir, onlar yalnız tibbi müdaxilə ilə mədədən xaric edilir.

S.Xankişiyeva

Paylaş:
1327

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər