ÜAK-ın yerində yeni yeni diaspor təşkilatı yaradılıb - Rusiyanın Azərbaycan Konqresi | 1news.az | Xəbərlər
Siyasət

ÜAK-ın yerində yeni yeni diaspor təşkilatı yaradılıb - Rusiyanın Azərbaycan Konqresi

14:00 - 08 / 02 / 2018
ÜAK-ın yerində yeni yeni diaspor təşkilatı yaradılıb - Rusiyanın Azərbaycan Konqresi

Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə akademik Fazil Qurbanov məlumat verib.

Onun sözlərinə görə, yeni yaradılan təşkilat Rusiyanın Azərbaycan Konqresi (Азербайджанский Конгресс России) adlandırılması təklif olunur: "Bu, mümkün variantlardan biridir. Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı mənə müraciət etdi. Həm də müraciət olundu ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradaq. Biz belə qərara gəldik ki, hələlik təşkilat Rusiyanın Azərbaycan Konqresi adlansın. Eyni zamanda Vladimir Putinə dəstək qərargahı yaratdıq. Bu barədə Vladimir Putinin seçki qərargahına, Ümumrusiya Xalq Cəbhəsinə qərargahın yaradılması barədə müraciət etmişik”.

F.Qurbanov deyib ki, artıq Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Vladimir Putinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar qərargahlar yaradılıb.

F.Qurbanov yeni diaspor təşkilatının yaradılması ilə bağlı yol xəritəsinin hazırlandığını, bu barədə məsləhətləşmələrin aparıldığını da qeyd edib: “Yeni təşkilatın yaradılması üçün təsisçi olmalıdır, qurultay keçirilməlidir. Hazırda bu yöndə məsləhətləşmələr aparılır”.

F.Qurbanov V. Putinin namizədliyinin dəstəklənməsi ilə bağlı yaradılan qərargaha özünün rəhbərlik etdiyini qeyd edib: “70 regionun hər birində yaradılan qərargahlara 3 nəfər daxildir. Qərargah “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” devizi altında fəaliyyət göstərir. Qərargaha Rusiyada yaşayan tanınmış azərbaycanlılar, incəsənət, mədəniyyət, elm xadimləri daxildirlər”.

S.Xankişiyeva

 

Paylaş:
657

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər