Ermənistan Azərbaycanda keçiriləcək 11 aprel seçkilərindən qorxur | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Azərbaycanda keçiriləcək 11 aprel seçkilərindən qorxur

14:42 - 08 / 02 / 2018
Ermənistan Azərbaycanda keçiriləcək 11 aprel seçkilərindən qorxur

Azərbaycanda qlobal iqtisadi problem yoxdur. Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivləri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri erməni siyasi şərhçisi Qrasiya Qalustyan “Armenia report” saytına açıqlamasında bildirib.

O deyib ki, Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi fəaliyyətə başlayacaq və Moskva bu proseslərdə Bakını dəstəkləyəcək.

Erməni siyasi şərhçi, həmçinin Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri bağlı da narahatlığını bildirərək qeyd edib ki, prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi iqtisadi məsələlərdən irəli gəlmir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – Şimal-Cənub beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşünün olacağını deyən erməni siyasətçi Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünün istifadəyə veriləcəyini, həmçinin Astara-Rəşt dəmiryolunun təməlinin qoyulacağını bildirib. Onun sözlərinə görə, İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək.

Q.Qalustyan deyib ki, İran Azərbaycana yarım milyard dollar kredit ayırıb. Bu səbəbdən Azərbaycanda iqtisadi problemlərin olması bağlı fikirlər səsləndirmək əsasızdır və rəsmi Bakı artıq qərb ölkələri ilə iddialı danışır. Prezident İlham Əliyevin Davos görüşlərini xatırladan erməni politoloq qeyd edib ki, bu beynəlxalq iqtisadi tədbirdə iştirakçı ölkələr Azərbaycanı önəmli tərəf olaraq qəbul edirdilər.

Azərbaycan və Rusiya arasında isti münasibətlərə də toxunan Qalustyan önəmli bir nüansı diqqətə çatdıraraq bildirib ki, Rusiya telekanallarında heç vaxt Azərbaycanı tənqid etmirlər, halbuki orada Ermənistan ən pis sözlərlə təhqir olunur. Bundan başqa, Duqinin, Solovyovun, Proxanovun Bakıya səfərlərini də xatırladan erməni şərhçi deyib ki, onlar işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ideyasını müdafiə edirlər. Bütün bunlarla yanaşı, Kreml Sarkisyandan narazılığını gizlətmir. Aprelin 9-da Sarkisyanın prezidentlik müddəti başa çatır və Azərbaycanda seçkilər payızda keçirilsəydi, bu, Dağlıq Qarabağ danışıqlarında pauza yaranması ilə nəticələnərdi. Göründüyü kimi, Azərbaycan heç bir fasilənin yaranmasına imkan vermək niyyətində deyil. Seçkinin vaxtının dəyişdirilməsi də məhz buna hesablanıb.

Q.Qalustyan vurğulayıb ki, Rusiyadakı seçkidən dərhal sonra Azərbaycan Qarabağın azad olunması prosesinə başlayacaq. Kremlin siyasi dəstəyi nəticəsində erməni ordusu heç nə edə bilməyəcək. Bu, təkcə Serj Sarkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. Prezident İlham Əliyev isə qalib olaraq tarixə keçəcək”.

S.Xankişiyeva

 

Paylaş:
682

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər