Səudiyyə Ərəbistanından olan hərbçilər Hərbi Akademiyada və hərbi hissədə olublar – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səudiyyə Ərəbistanından olan hərbçilər Hərbi Akademiyada və hərbi hissədə olublar – FOTO

15:28 - 08 / 02 / 2018
Səudiyyə Ərəbistanından olan hərbçilər Hərbi Akademiyada və hərbi hissədə olublar – FOTO

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarixi Muzeyini ziyarət ediblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
663

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər