Mogerini: Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır | 1news.az | Xəbərlər
Siyasət

Mogerini: Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır

15:19 - 09 / 02 / 2018
Mogerini: Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır

Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir:

“Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil  və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir”.

S.Xankişiyeva

Paylaş:
421

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər