YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib

16:02 - 09 / 02 / 2018
YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib

Azərbaycan  Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib. 

1news.az bu barədə YAP-ın saytına istinadla xəbər verir.

Qeyd edək ki,  Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezident İlham Əliyevin Azərbaycan  prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

 
Paylaş:
633

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər