Türk әmәkdaşlıq qurumları Bakıda bir araya gәlib - FOTO
TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və Miras Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya iclası Bakıda TÜRKPA Katibliyində keçirilib.
1news.az-a TÜRKPA-dan verilən məlumata görə, iclasda Türk Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun prezidenti Günay Əfəndiyeva və Türk Akademiyası Daimi katibi Asxat Kessikbayev iştirak edib.
Baş katib Mamayusupov iclasın moderatoru kimi iştirakçıları TÜRKPA-nın 2017-ci il fəaliyyətləri, eləcə də 2018-ci il üçün qarşıdan gələn planlar və layihələr barədə məlumatlandırıb.
Türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz son fəaliyyətləri barədə məlumat təqdim edib və katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi barədə razılığa gəliblər.
Həmçinin, tərəflər TÜRKPA-nın 10-cu ildönümü, TÜRKSOY-un 25-ci ildönümü, ADR-in 100-cü ildönümü və Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümü daxil olmaqla, mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barəsində razılığa gəliblər.
Növbəti beşinci Koordinasiya İclasının 2018-ci ildə Türk Mədəniyyət və Miras Fondunun ev sahibliyində Bakıda keçirilməsi qərara alınıb.
P.Sultanova