Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana gəlir

12:45 - 09 / 02 / 2018
Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana gəlir

 Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

1news.az  XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır. 

Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

 1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər