Əli Əhmədov: İnanırıq ki, aprelin 11-də seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: İnanırıq ki, aprelin 11-də seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək

13:00 - 10 / 02 / 2018
Əli Əhmədov: İnanırıq ki, aprelin 11-də seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək

“Yeni Azərbaycan Partiyasının VI qurultayının partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün YAP-ın ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, prezident İlham Əliyevin hakimiyyətə olduğu illərdə ölkəmiz iqtisadi, sosial, digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib:

“İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevə  səs verəcəklər. Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq. İnsanlar İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar. Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
419

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər