Həmsədrlər prezidentlərlə görüşlərinin yekunlarına dair bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər prezidentlərlə görüşlərinin yekunlarına dair bəyanat yayıblar

09:27 - 12 / 02 / 2018
Həmsədrlər prezidentlərlə görüşlərinin yekunlarına dair bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana prezidentləri ilə keçirdikləri görüşün yekunlarına dair bəyanatla çıxış ediblər.

1news.az ATƏT-in saytına istinadla xəbər verir ki, bəyanatda Minsk qrupunun həmsədrləri İqor Popov(Rusiya), Endrü Şofer (ABŞ)  və Stefan Viskonti (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçiriblər.

Həmsədrlər, həmçinin hər iki ölkənin xarici işlər nazirləri ilə də görüşlər keçiriblər. Fevralın 9-11-də onlar Dağlıq Qarabağa səfər edib, Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə konkret yerləri ziyarət ediblər.

Həmsədrlər 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, eləcə də Viyana və Sankt-Peterburqdaki görüşlərdə qoyulmuş bütün öhdəliklərin vicdanla yerinə yetirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Vasitəçilər son zamanlar təmas xəttində insanların ölümündən dərin narahatlıqlarını ifadə edərək tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, eləcə də təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıblar.

Həmsədrlər  güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsiplərinə əsaslanan Helsinki Yekun Aktına əsaslanaraq münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə kömək etməkdə israrlı olduqlarını, hazırki seçki dövrü nəzərə alınmaqla tərəflərin intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayıbkar.

1news.az

Paylaş:
548

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər