Prezidentə istefa vermək üçün 48 saat vaxt verildi
Cənubi Afrika Respublikasında hakim Afrika Milli Kongresi (ANC) prezident Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verib.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, əks təqdirdə dövlət başçısının vəzifəsindən kənarlaşdırılacağı bildirilib.
Daha öncə yerli KİV-lər prezidentin dövlət əmlakının mənimsəməsi ilə bağl qalmaqalla əlaqədar istefaya gedəcəyi barədə məlumat yayıb.Bunun istefanın şərtləri razılaşdırıldıqdan sonra baş verəcəyi bildirilirdi.
Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatır.
1news.az
554