MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
MDB Parlamentlərarası Assambleyası (PA) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
1news.az xəbər verir ki, bu barədə RİA Novosti Assambleyanın mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, MDB PA seçkiləri izləmək üçün müşahidəçi qrupu göndərəcək: “Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət ünvanlayıb.
Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməletmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək”.
1news.az