Elmar Məmmədyarov: Aİ ilə əməkdaşlıq Moskva ilə münasibətlərimizə təsir göstərməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Aİ ilə əməkdaşlıq Moskva ilə münasibətlərimizə təsir göstərməyəcək

15:50 - 14 / 02 / 2018
Elmar Məmmədyarov: Aİ ilə əməkdaşlıq Moskva ilə münasibətlərimizə təsir göstərməyəcək

“Azərbaycan öz qonşuları, xüsusən Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, ticari münasibətlər, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafında əldə edilmiş sanballı nəticələr bütövlükdə bizi qane edir”.

1news.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin Bakı ilə Moskvanın münasibətlərinə təsir göstərə bilməsi barədə suala cavabında deyib.

O bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq da qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük diqqət yetirilir. Azərbaycan-Rusiya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif müstəvilərdə inkişaf etməsinə baxmayaraq, bu münasibətlər, ilk növbədə, xalqlarımızın rifahına xidmət göstərir.

“Biz əməkdaşlıq layihələrində öz iştirakımızı eksklüziv deyil, inklüziv tərkib hissə kimi görürük. Yəni hər hansı tərəfdaşlıq layihəsində bizim iştirakımız başqa tərəfdaşların maraqlarına zidd ola bilməz, bizim belə məqsədimiz və ya niyyətimiz yoxdur.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq Aİ ilə Azərbaycanın münasibətlərinə təsir göstərmədiyi kimi, Avropa İttifaqı ilə bizim münasibətlərimiz də strateji tərkib hissəsinə malik olan Azərbaycan-Rusiya dostluq münasibətlərinə təsir göstərməyəcək”.

P.Sultanova

Paylaş:
552

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər