Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Bakıya gəlir

10:28 - 14 / 02 / 2018
Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Bakıya gəlir

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson Bakıya səfər edəcək.

1news.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, o, sabah Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 4-cü iclasına qatılacaq.

Nikolsonun Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşü də nəzərdə tutulur.

1news.az

 

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər