Baş nazir işçilərlə cinsi əlaqəni qadağan edib | 1news.az | Xəbərlər
Dünya

Baş nazir işçilərlə cinsi əlaqəni qadağan edib

16:05 - 15 / 02 / 2018
Baş nazir işçilərlə cinsi əlaqəni qadağan edib

Avstraliyanın baş naziri Malkom Turnbull millət vəkili və nazirlərin işçiləri ilə cinsi münasibətdə olmasını qadağan etdiyini açıqlayıb.

Baş nazirin belə addım atmasına köməkçisi Barnaby Coysun öz işçisi ilə şəxsi münasibətdə olmağı səbəb olub.

Turnbull “Evli və ya subay deputatlar öz işçiləri ilə cinsi əlaqədə ola bilməzlər” deyərək, bu halın heç də yaxşı nəticələnməyəcəyini də əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər