ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığına erməni rəhbərlik edir | 1news.az | Xəbərlər
Dünya

ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığına erməni rəhbərlik edir

09:43 - 16 / 02 / 2018
ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığına erməni rəhbərlik edir

ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığına erməni əsilli amerikalı Cefri Harriqyan rəhbərlik edir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, general leytenant Cefri Harriqyan Mərkəzi və Cənub-Qərbi Asiyanı əhatə edən 20 dövlətdə fövqəladə hallar zamanı planların hazırlanması və hava əməliyyatlarının  aparılmasına məsuldur.

Digər yüksək rütbəli erməni hərbçi Mikayel Tatoyan bildirib ki, brifinqlərin birində Harriqyana yaxınlaşıb və erməni olduğunu bildirib:

"Biz dərhal qucaqlaşdıq, bir-birimizin əlimizi sıxdıq. Əcdadlarımızdan, ailələrimiz, yeməklərimizdən danışdıq. Baxan kimi, onun erməni olduğu görünür”.

P.Sultanova

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər