Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

14:13 - 17 / 02 / 2018
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Londonda Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekununda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018-2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

S.Xankişiyeva

 

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər