Prezident seçkilərində müşahidəçilərin sayı 24-ə çatıb | 1news.az | Xəbərlər
Siyasət

Prezident seçkilərində müşahidəçilərin sayı 24-ə çatıb

16:50 - 19 / 02 / 2018
Prezident seçkilərində müşahidəçilərin sayı 24-ə çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 24-ə çatıb.

1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib k, müşahidəçilərin 9-u öz təşəbbüsü ilə müraciət edib, 15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

MSK sədri bildirib ki, bütün müraciətlərə müsbət cavab verilib.

1news.az 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər