İranın müdafiə naziri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

İranın müdafiə naziri Azərbaycana gəlir

19:23 - 19 / 02 / 2018
İranın müdafiə naziri Azərbaycana gəlir

Fevralın 21-də İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.

1news.az

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər