Prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır | 1news.az | Xəbərlər
Siyasət

Prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

09:48 - 19 / 02 / 2018
Prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.

1news.az xəbər verir ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər