14 yaşlı qızı zorlayan oğlan bunu eşidəndə infarkt keçirdi - TƏFƏRRÜAT
Türkiyədə 14 yaşlı qızı çılpaq şəkilləri ilə şantaj edib, onunla məcburi cinsi əlaqədə olan 3 dosta ümumilikdə 223 il həbs cəzası verilib.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin dekabr ayında o zaman 14 yaşı olan E.A adlı qız internet vasitəsi ilə Cihan K ilə tanış olub. Oğlan qızın güvənini qazandıqdan sonra qız ona çılpaq şəkillərini göndərib. Hər şey də bundan sonra baş verib.
Oğlan sonradan qızı şəkilləri başqalarına göndərəcəyi ilə şantaj edib. Bundan bərk qorxan azyaşlı qız onun dedikləri ilə razılaşaraq cinsi əlaqəyə girməyə məcbur olub. Daha sonra o, yenə də şantaj edilərək Cihan K-nın dostları – Yılmaz Ç və Nazif S ilə də cinsi əlaqəyə məcbur edilib.
Çətin vəziyyətdə qalan qız çarəni polisə şikayət etməkdə görüb.
Şikayətdən sonra 3 dost saxlanılıb. Onların ifadəsi alındıqdan sonra həbs cəzası verilib.
Məhkəmədə dostlardan heç biri günahını boynuna almayaraq azad edilmələrini istəyiblər. Lakin məhkəmə onların bu arzusunu gözündə qoyub.
Hakimin qərarı ilə Cihan K 132 il 6 ay, Yılmaz Ç 39 il, Nazif S isə 52 il müddətinə azadlıqdan məhrum edilib. 52 illik həbs cəzası verildiyini öyrənən Nazif S. məhkəmə zalında infarkt keçirərək huşunu itirib.
1news.az