İordaniyada və Misirdə hökumətlərarası komissiyaların iclasları keçiriləcək
Fevralın 19-20-də Əmmanda Azərbaycan hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan və Misirhökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, hökumətlərarası komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Bu məqsədilə iqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyada səfərdə olacaq. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması da nəzərdə tutulur.
1news.az