Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO

13:46 - 20 / 02 / 2018
Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Masallı rayonuna səfər edib və yeni tikilən Sənaye Məhəlləsində rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, Sənaye Məhəlləsində gəzinti zamanı səfir infrastrukturla təmin olunmuş sexlər, ofislər və bank, poçt, notarius, vergi və s. inzibati xidmətlər üçün ayrılmış yerlərlə tanış olub.

İcra Hakimiyyətinin başçısı R. Hüseynov ərazinin Azərbaycanın kiçik və orta sahibkarlarını öz layihələrini həyata keçirmək imkanı ilə təmin edəcəyini, onların ilk yeddi ildə gömrük rüsumlarından azad olunacağını və gəlir vergisinin yalnız yarısını ödəyəcəklərini bildirib.

O, Masallı Sənaye Məhəlləsinin müxtəlif sahələrdə, xüsusilə də mebel hazırlanması və mebel aksessuarlarının istehsalı kimi sahələrdə ixtisaslaşan sənaye kompleksi kimi inkişafına ümid bəslədiyini bildirib.

İcra Hakimiyyətinin başçısı Masallı rayonunda kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər, o cümlədən çəltikçilik və çiyələkçiliyin geniş miqyasda inkişafı barədə məlumat verib.

Səfir Rananın Biləsuvar rayonuna səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə keçirdiyi görüş zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin infrastrukturu və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Daha sonra səfir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi ilə tanış olub. Şagirdlər səfirə Azərbaycanın milli adət-ənənələri haqqında məlumat verib və mədəni proqram nümayiş etdiriblər.

Məktəbin direktoru Bəhruz Mehdiyev və məktəbin əməkdaşları Azərbaycanın Mərkəzi Bankı tərəfindən təsis olunmuş məktəbin yüksək təhsil standartlarına cavab verdiyini və şagirdlərin mükəmməl göstəricilər göstərdiklərini qeyd edib. Məktəb şagirdləri həmçinin, səfiri hind mədəni proqramları ilə salamladılar. Şagirdlərə uğurlar arzulayan səfir məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Səfər çərçivəsində diplomat Azərsun Holdinqin Biləsuvar rayonu yaxınlığındakı  kənd təsərrüfatı sahələri və konserv zavodu ilə tanış olub və ikitərəfli mümkün biznes imkanları ilə bağlı fikir mübadiləsi aparıb.

P.Sultanova

 

 

Paylaş:
820

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər