Zakir Həsənov Belarusa gedir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Belarusa gedir

14:13 - 20 / 02 / 2018
Zakir Həsənov Belarusa gedir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazir işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək.

Bundan başqa Zakir Həsənovun bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər