Sergey Lebedev Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına rəhbərlik edəcək | 1news.az | Xəbərlər
Siyasət

Sergey Lebedev Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına rəhbərlik edəcək

16:53 - 20 / 02 / 2018
Sergey Lebedev  Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına rəhbərlik edəcək

MDB Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbərini təyin edib.

1news.az RİA Novosti-yə istinadla  xəbər verir ki, MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının bu gün Minskdə keçirilən iclasında vəzifəyə MDB-nin icraçı katibi Sergey Lebedev təyin edilib.

Qeyd edək ki, MDB-nin uzunmüddətli müşahidə missiyası mart 20-də Azərbaycana gələcək.

Qısamüddətli müşahidə missiyasının isə seçkilərə bir neçə gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

1news.az

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər