Mübariz Əhmədoğlu: Həmsədrlərinin regiona son səfəri bir sıra parametrləri ilə fərqlənir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Həmsədrlərinin regiona son səfəri bir sıra parametrləri ilə fərqlənir

11:56 - 20 / 02 / 2018
Mübariz Əhmədoğlu: Həmsədrlərinin regiona son səfəri bir sıra parametrləri ilə fərqlənir

ATƏT-n Minsk qrupunun həmsədrlərinin regiona son səfəri bir sıra parametrləri ilə fərqlənir. Həmsədrlər Azərbaycana ilk növbədə qaytarılacaq 5 rayona baş çəkdilər

1news.az xəbər verir ki,  bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, vasitəçilər regionda çox uzun müddətli oldular. Amerikalı həmsədr fevralın 3-də artıq Bakıda idi. Yaydıqları bəyanatda onların regiondan fevralın 11-də çıxdığı bəlli olur: 

"Həmsədrlər regiona prezidentlərin görüşünü təşkil etmək arzusu ilə gəlsələr də, Azərbaycandakı növbədənkənar Prezident seçkilərinin elan edilməsi, onların bu arzularının reallaşmasını 3-4 ay yubatdı. Həmsədrlər Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçına baş çəkdilər.

Onların bu səfərində ən əhəmiyyətli hadisə məhz bu 5 rayona baş çəkməsidir. Xarici işlər nazirlərinin Krakov görüşündən sonra həmsədrlər yaydığı bəyanatda işğal altındakı ərazilərdə monitorinqin aparılmasının vaxtının yetişdiyini vurğulamışdılar. Hər halda 3 gün ərzində həmsədrlərin bu 5 rayon ərazisində olmasını monitorinq adlandırmaq olar. Amma çox güman ki, bu daha genişmiqyaslı monitorinqin başlanğıcıdır".

Politoloq hesab edir ki, bu 5 rayona səfər etməklə ermənilər Dağlıq Qarabağ tənzimlənməsi kontekstində çox populyarlaşmış “5 rayon” anlayışına yeni məzmun verdilər: "Həmsədrlərin fikrincə, Cəbrayıl və Füzuli rayonları istənilən anda Azərbaycana qayıda bilər. Azərbaycan hərbçilərinin kiçik miqyaslı, amma təpərli addımı təkcə Cəbrayıl və Füzulini deyil, hətta Zəngilanın böyük bir qismini Azərbaycana qaytaracaq.

Ona görə 5 rayon dedikdə artıq bura Kəlbəcər və Laçın da  daxil edilir. Keçmiş Ağdərə ərazisində Azərbaycanın apardığı hərbi və eləcə də tikinti işləri Kəlbəcəri Azərbaycana daha da yaxınlaşdırıb. ATƏT MQ həmsədrləri bunu bilir. Daha diqqətçəkən məsələ isə Azərbaycan ordusunun daim hazır vəziyyətdə olmasıdır. Ermənilərə havadarlıq edən bəzi dövlətlərin himayəsi Ermənistanı müəyyən təxribatlara şirnikləşdirə bilər. Bu halda Azərbaycanda Prezident seçkiləri prosesi olmasına baxmayaraq ordumuz irəliləməyi bacaracaqdır".

1news.az

Paylaş:
581

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər