ABŞ-ı qarışdıran yeni iddia: Tramp məni liftdə zorla öpdü | 1news.az | Xəbərlər
Dünya

ABŞ-ı qarışdıran yeni iddia: Tramp məni liftdə zorla öpdü

15:44 - 21 / 02 / 2018
ABŞ-ı qarışdıran yeni iddia: Tramp məni liftdə zorla öpdü

ABŞ-ın dövlət başçısı Donald Trampla bağlı yeni iddialar ortaya çıxıb.

Budəfəki iddiaların mövzusu təcavüzdür. Belə ki, əvvəllər də mətbuata Trampın təcavüz etdiyi 19 qadınla bağlı məlumatlar yayılmışdı. Recel Kruks adlı xanım CNN kanalına çıxaraq yaşadığı dəhşətləri söyləyib.

12 il əvvəl Trampın yanında katibə olaraq çalışan Recel qeyd edib ki, hazırki dövlət başçısı liftdə onu zorla öpüb.

Həmçinin Cessika Lids, Recel Kruks və Samanta Holvey 2017-ci ilin dekabrında mətbuat konfransı zamanı Trampın iş adamı olduğu illərdə onların icazəsi olmadan məcburi öpmək, məhrəm yerlərinə əl atmaq, ətəklərini altına əl salmaq kimi iyrənc adətlərinin olduğunu qeyd ediblər.

S.Xankişiyeva

 

 

Paylaş:
868

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər