Azərbaycan XİN: Fransa XİN-ə erməni lobbi dairələrinin dizinformasiya və propaqandasına uymamağı tövsiyə edirik | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: Fransa XİN-ə erməni lobbi dairələrinin dizinformasiya və propaqandasına uymamağı tövsiyə edirik

11:42 - 21 / 02 / 2018
Azərbaycan XİN: Fransa XİN-ə erməni lobbi dairələrinin dizinformasiya və propaqandasına uymamağı tövsiyə edirik

Digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir. 

1news.az xəbər verir ki,  bunu Fransa XİN-nin açıqlaması ilə əlaqədar Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb:

“Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş  ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Respublikası Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT TŞ-nın qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir.  

Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir. 

Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır. 

Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sargisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırırıq. Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin anneksiyasına çağırır. Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanı  Ermənistan prezidentinin bu təbirik məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist  Monte Melkonyandan qəhrəman kimi iqtibas gətirilməsi ciddi narahat etməlidir.

Fürsətdən istifadə edərək Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı Ermənistan və Fransada olan erməni lobbi dairələrinin dizinformasiya və propaqandasına uymamağı tövsiyə edirik”.

P.Sultanova

 

 

Paylaş:
717

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər